logo

Lerikdə məktəblilərin narkotiklərə qarşı mübarizə mövzusunda maarifləndirici tədbir keçirilib

11:03 31-05-2018 | icon 2583
Lerikdə məktəblilərin narkotiklərə qarşı mübarizə mövzusunda maarifləndirici tədbir keçirilib

 Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə  dəstəyi ilə «Ekoloq-2010» Ekoloji Maarifləndirmə İctiami Birliyi tərəfindən icra olunan olunan  “İnsan ekologiyası: Narkomaniya cənublu məktəblilərin gözü ilə” adlı rəsm müsabiqəsi və sərginin təşkili”  layihəsinə start verilib.

İctiami Birlikdən YeniAvropa-ya verilən məlıumatda  qeyd olunur ki, aprel ayından  icra olunan  layihə əsasən ölkəmizin cənub bölgəsində- Lerik, Astara və Lənkəran rayonlarının  seçilmiş məktəblərində  həyata keçiriləcək.  Layinənin birinci mərhələsi  çərçıvəsində Lerik rayon 3 saylı  tam orta məktəbində yuxarı sinif şagirdlərin iştirakı ilə maarifləndirici seminar və rəsm müsabiqəsi   təşkil olunub. Tədbirlərdə çıxış edən natiqlər- «Ekoloq-2010» Ekoloji Maarifləndirmə İctiami Birliyinin sədri Səlim Balayev, layihə üzrə ekspert Zəfər Miriyev, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin cənub regionu üzrə 1 saylı Ərazi bölməsinin mütəxəssisi Ramin Quliyev , eləcə də, Lerik rayon İcra Hakimiyyətinin şöbə müdiri Araz Quliyev, Lerik rayon 3 saylı tam orta məktəbin direktoru  Validə Mədətova  müasir dövrümüzdə insanlıq üçün böyük bəlaya çevrilən narkomaniyanın bütün dünyada geniş yayıldığını, bu problemlə mübarizənin bir o qədər asan olmadığını bildiriblər.

Təəssüflə qeyd edilib ki, müasir dünya üçün ağrılı bəlaya çevrilmiş narkomaniya Azərbaycan vətəndaşlarından da yan keçməyib. Gənclər və yeniyetmələr arasında narkotiklərə aludəçilik halları ölkəmiz üçün də narahatedici problem olaraq qalmaqdadır. Rəsmi statistik məlumatları nəzər yetirdikdə , belə aydın olur ki, narkotik  vasitə istifadəçilərin əksəriyyəti yeniyetmələr və gənclərdir. Mütəxəssislərin fikrincə  onları təsir altına salmaq daha asan olur. Xüsusən də yuxarı sinif şagirdləri ailədə olan maddi problemlər, özünə inamsızlıq, stress, depressiya kimi hallardan yollarını daha tez azırlar, bu zaman isə onlar çıxış yolunu narkotik maddələrdən istifadədə görürlər. Odur ki,  bu sahədə  təbliğatın, məlumat xarakterli fəaliyyətlərin böyük  rolu vardır.

Qeyd olunub ki, doğrudur, son illər respublikamızda  bu ümumbəşəri bəlaya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə xeyli güclənib, bu sahəyə cavabdeh olan dövlət orqanları  ciddi tədbirlər həyata keçirirlər. Lakin narkomaniya elə bir bəladır ki, onun qarşısını bir neçə qurumun köməyi ilə almaq mümkün deyil. Bu işə ictimaiyyət, o cümlədən QHT-lər də yardım göstərməlidirlər. Layihənin narkomaniyanın nisbətətn geniş yayıldığı cənub bölgəsinin məktəblərində icra olunmasında əsas məqsəd məhz budur.

 Layihə çərçivəsində həyata keçiriləcək fəaliyyətlərin vasitəsilə seçilmiş təhsil ocaqlarında narkomaniya problemi ilə bağlı əlaqələndirici şəxslərin yetişdirilməsi və onların vasitəsilə yeniyetmələr və gənclərin arasında təlimlərın aparılması nəzərdə tutulur. Növbəti mərhələdə mövzunu daha yaxşı dərk etmiş şagirdlərin narkomaniyayaya qarşı mübarizə mövzusunda  çəkəcəkləri rəsmlərdən ibarət sərgi təşkil olunacaq və qalib gəlmiş şagirdlərə xatirə hədiyyələri təqdim olunacaq.