Bakıda qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı 23 əcnəbi saxlanılıb
Son üç gün ərzində Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı ümumilikdə 23 əcnəbi saxlanılıb. Onlardan 14-ü Pakistan, 7-si Türkiyə, 2-si isə Nigeriya vətəndaşı vətəndaşıdır.
DMX-dən YeniAvropa-ya bildiriblər ki, saxlanılmış Pakistan vətəndaşlarından 10 nəfərin ölkəmizin ərazisində qanunsuz əmək fəaliyyəti ilə məşğul olduğu müəyyənləşib.
Türkiyə, Nigeriya və qalan dörd nəfər Pakistan vətəndaşlarının isə ölkədə miqrasiya (olma və yaşama) qaydalarını pozduqları məlum olub.
Saxlanılmış əcnəbilər müvafiq qaydada məsuliyyətə cəlb olunub və barələrində qərarlar qəbul edilib.
Dövlət Miqrasiya Xidməti qanunsuz miqrasiyaya qarşı mübarizə tədbirlərini davam etdirir.