logo

Neftin qiyməti ucuzlaşmaqda davam edir 

15:48 30-05-2018 | icon 2597
Neftin qiyməti ucuzlaşmaqda davam edir 

Dünya birjalarında neftin qiyməti ucuzlaşır.

YeniAvropa xəbər verir  ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 1,11 dollar ucuzlaşaraq 76,44 dollar olub.

Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,08 dollar azalaraq 78,31 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,02 dollar ucuzlaşaraq 66,72 dollar təşkil edib.