logo

Məhəmməd Barkindo: Cənub Qaz Dəhlizi fundamental sürətdə enerji landşaftını dəyişəcək

15:29 30-05-2018 | icon 2506
Məhəmməd Barkindo: Cənub Qaz Dəhlizi fundamental sürətdə enerji landşaftını dəyişəcək

Cənub Qaz Dəhlizi fundamental sürətdə enerji landşaftını dəyişəcək.

YeniAvropa xəbər verir  ki,  bu fikri mayın 30-da Bakıda keçirilən XXV yubiley Beynəlxalq “Caspian Oil and Gas” konfransının “Dayanıqlı gələcəyin inkişafı üçün əsas faktorlar: konsepsiya və innovativlik” adlı plenar sessiyasındakı çıxışında Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Məhəmməd Sanusi Barkindo deyib.

"İki ay ərzində artıq ikinci dəfədir ki, Azərbaycana səfər edirəm. Bakı neft sənayesinin beşiyi, sivilizasiyanın inkişafına təkan verən və öz inkişafı ilə seçilən bir şəhərdir. Azərbaycan neft və qaz sənayesinin sürətlə inkişaf etdiyi bir ölkədir. Bu ölkə 1994-cü ildə çox sərfəli neft müqaviləsi olan "Əsrin müqaviləsi"nin imzalanması ilə nüfuzlu beynəlxalq şirkətlərlə əməkdaşlığa başlayıb. Həmin vaxtdan indiyədək neft sənayesində kifayət qədər nəzərəçarpan artım müşahidə edilib. Hazırda investorlar da Azərbaycanın neft və qaz sektoruna mühüm töhfə verə biləcəyini dilə gətirir, ölkənin bu istiqamətdəki potensialını vurğulayır", - deyə OPEC-in baş katibi bildirib.

M.Barkindo qeyd edib: "Bu nailiyyətlər "Şahdəniz" yatağının fonunda əyanilik qazanır. Layihənin ikinci fazası - dünən rəsmi açılışı olan Cənub Qaz Dəhlizi ən iri enerji layihələrindən biridir. Bu layihə ölkə iqtisadiyyatının inkişafına, regiona və dünyaya müsbət töhfəsini verəcək. Cənub Qaz Dəhlizi fundamental sürətdə bizim enerji landşaftımızı dəyişəcək".