“Cənub Qaz Dəhlizi” layihəsi çərçivəsində “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsinin işlənməsi üzrə görüləcək işlərin (ilk qazın hasilatına dair) 99,5 faizi, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi (CQBKG) üzrə işlərin 100 faizi, Trans-Anadolu (TANAP) boru kəmərinin inşası üzrə işlərin 93 faizi, Trans-Adriatik (TAP) kəmərinin inşası üzrə işlərin 73 faizi icra edilib.
YeniAvropa xəbər verir ki, bu barədə Bakıda keçirilən XXV “Caspian Oil and Gas” konfransında “Cənub Qaz Dəhlizi” Qapalı Səhmdar Cəmiyyətinin (CQD) baş direktoru Əfqan İsayev deyib.
O qeyd edib ki, indiyədək Cənub Qaz Dəhlizinin tərkibi olan layihələrdə CQD-nin mülkiyyətində olan iştirak paylarının maliyyələşdirilməsinə 9 milyard dollar məbləğində investisiya qoyulub.