SOCAR ilə "Equinor" yeni kəşfiyyat və hasilat layihələri haqqında iki saziş imzalayıb
Mayın 30-da SOCAR ilə Norveçin "Equinor" qrupunun bir hissəsi olan "Statoil Azərbaycan" şirkəti “Xəzər dənizinin Azərbaycan sektorunda “Qarabağ” neft yatağının işlənməsi ilə əlaqədar risk xidməti” (RXS) və “Xəzər dənizinin Azərbaycan sektorunda "Əşrəfi-Dan Ulduzu-Aypara" sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü” (HPBS) haqqında sazişləri imzalayıblar.
YeniAvropa xəbər verir ki, sazişləri SOCAR-ın prezidenti Rövnəq Abdullayev və "Equinor" qrupun yataqların kəşfiyyatı üzrə icraçı vitse-prezidenti Tim Dodson imzalayıb.
“Qarabağ” yatağında kəşfiyyat qazması cari ildə planlaşdırılır. Hazırkı Risk Xidməti Sazişinə əsasən, yataqda platformanın quraşdırılması və ilk hasilat 2021-ci ildə nəzərdə tutulur. HPBS çərçivəsində isə seysmik kəşfiyyat işlərinin yerinə yetirilməsi və ilk kəşfiyyat quyusunun qazılması nəzərdə tutulur. Layihələrin icrası üçün Statoil və SOCAR tərəfindən 50-50 birgə əməliyyat şirkəti yaradılacaq.
SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib: “Biz bu gün SOCAR və "Equinor" arasında əməkdaşlığın yeni mərhələsinə qədəm qoyuruq. 25 illik təcrübəyə əsaslanan tərəfdaşlıq bağları yeni layihələrimizin maksimum səmərə ilə birgə işlənməsi üçün münbit zəmin yaradır. Bu gün imzalanan sazişlər Azərbaycanda neft hasilatının stabilləşməsi və ölkədə təbii qaza artan tələbatın qarşılanması baxımından, o cümlədən emal sənayesinin xammal ilə təchiz edilməsi üçün mühüm əhəmiyyət kəsb edir.”
"Equinor" qrupunun prezidenti və baş icraçı direktoru Eldar Saetre bildirib: “Bu gün imzalanan sazişlər regionda növbəti məntiqli addımımızdır. Bu, bizim məhsuldar hövzələrdə mövqeyimizi möhkəmləndirəcək və inkişaf istiqamətlərini müəyyənləşdirəcək. Yataqlar bizim yaxşı tanıdığımız bir hövzədə Azəri-Çıraq-Günəşli (AÇG) yatağının yaxınlığında yerləşir. Biz SOCAR ilə birlikdə bu yeni kəşfiyyat layihələri üzrə işləməyi planlaşdırırıq.”
Xatırladaq ki, “Qarabağ” perspektivli dəniz strukturu kimi 1959-cu ildə seysmik kəşfiyyat işləri nəticəsində aşkar edilib, 1984-cü ildə dəqiqləşdirilib və 1997-1998-ci illərdə kəşfiyyat qazması nəticəsində neft-qazlılığı təsdiqlənib. Yataq Bakıdan şərq istiqamətində 120 kilometr aralı, açıq dənizin 150-200 metr dərinliyində yerləşir. “Dan Ulduzu” və “Əşrəfi” perspektiv strukturları Xəzər dənizində, Bakıdan şimal-şərqə doğru 100-110 kilometr məsafədə yerləşir. Burada dənizin dərinliyi 80-180 metrdir. “Aypara” sahəsi Bakı şəhərindən 90 kilometr şimal-şərqdə, açıq dənizdə yerləşir, 1980-ci ildə seysmik kəşfiyyat işləri nəticəsində aşkar edilib.
"Equinor" AÇG layihəsində 7,27 faiz, Bakı-Tbilisi-Ceyhan (BTC) layihəsində isə 8,71 faiz paya malikdir. "Statoil Azərbaycan" bu yaxınlarda adı dəyişmiş "Equinor"un (keçmiş "Statoil") bir hissəsidir və adı dəyişdirilib "Equinor Azərbaycan" olacaq.
Ərdoğan Braziliyada "G20" Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verib
Gürcüstanda hakim partiya parlamentdəki 150 yerdən 89-nu qazanıb
Statistika Komitəs: Azərbaycanda ÜDM 4,9 % artıb
"COP29"un prezidenti Azərbaycan Milli QHT Forumunun pavilyonunda olub
Azərbaycan Bolqarıstanın regionda əsas strateji tərəfdaşıdır-Rumen Radev
Azərbaycan-İsveç matçını polşalı hakimlər idarə edəcək
Bakıda Tolerantlıq Evi açılıb
Lənkəranda "Yaşıl Dünya Naminə Ekofestival" keçirilib
Bakıda Kosmik Liderlərin Sammiti keçirilir
Füzulidə 482 hektar sahədə günəş elektrik stansiyası tikiləcək
Səfərbərlik Xidmətinin 12 əməkdaşı korrupsiya görə cəzalandırılıb
Avropa çempionatı:Bu gün daha 6 cüdoçumuz tatamiyə çıxır
ABŞ Rusiya müharibəsi başlayandan bəri Ukraynaya 183 milyard $ ayırıb
Azərbaycan 3 ildə bərpaolunan enerjini 33 faizə çatdıracaq
“SOCAR” “Holcim Azerbaijan”la
Anlaşma Memorandumu imzalayıb
UEFA Millətlər Liqası: Azərbaycan Estoniya yığmasını qəbul edəcək
Azərbaycan nefti 74,14 dollara satılır
Avropa Kuboku: “Qarabağ” bu gün növbəti matçına çıxacaq
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb