logo

"Bakcell" rouminqdə WhatsApp-i pulsuz etdi

16:39 29-05-2018 | icon 2765
"Bakcell" rouminqdə WhatsApp-i pulsuz etdi

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi "Bakcell" şirkəti rouminq xidmətlərini abunəçilərə daha əlçatan və sərfəli etmək məqsədilə yeni rouminq paketlərini təqdim edib. 

YeniAvropa xəbər verir  ki, yeni paketlər sayəsində müştərilər xarici ölkələrə səyahət edərkən öz ailə üzvləri və yaxınları ilə ünsiyyətdə qala biləcəklər. “Bakcell”in yeni “Rouminqdə İnternet” paketləri səyahət zamanı internetdən çox istifadə edən müştərilərin ürəyincə olacaq. Türkiyə, Gürcüstan, Rusiya, Almaniya və s. kimi 40-dan çox ölkədə təqdim olunan bu paketlər sayəsində Wi-Fi axtarmağa və ya yerli operatorun SİM kartını almağa ehtiyac qalmadı. Bakcell abunəçilərigündəlik, həftəlik və ya aylıq “Rouminqdə İnternet” paketlərindən birini əldə edib öz səyahət təəssüratlarını Facebook, İnstagram və digər sosial şəbəkələrdə istədikləri qədər paylaşa biləcəklər. Bundan əlavə, “Rouminqdə İnternet” paketlərin istifadəçiləri WhatsApp-dan tam olaraq pulsuz istifadə edəcəklər (mətn və zənglər üçün): 

Paket

Trafik həcmi

Qiyməti

Gündəlik

100 MB + Pulsuz WhatsApp

3 AZN

Həftəlik

1000 MB + Pulsuz WhatsApp

20 AZN

Aylıq

2000 MB + Pulsuz WhatsApp

30 AZN

 “Bakcell”in yeni gündəlik, həftəlikaylıq “Rouminqdə hamısı daxil” paketləri isə xaricdə olarkən bol meqabaytlar, çoxlu dəqiqə və SMS-lər sayəsində sərfəli qiymətə tam ünsiyyət sərbəstliyini təmin edir: 

Paket

Trafik, dəqiqə və SMS

Qiyməti

Gündəlik“Rouminqdə hamısı daxil”

100 MB +10 dəq. + 10 SMS

5 AZN

Həftəlik“Rouminqdə hamısı daxil”

500 MB + 50 dəq. + 50 SMS

20 AZN

Aylıq“Rouminqdə hamısı daxil”

1000 MB + 100 dəq. + 100 SMS

30 AZN

 “Rouminqdə hamısı daxil” paketləri 19 ölkədə təqdim olunmaqla, abunəçilərə öz yaxınları ilə tətil və səyahət həyəcanı və təəssüratları bölüşməyə imkan verir.

Yeni Rouminq paketləri vasitəsilə Bakcell abunəçiləri səyahət zamanı heç bir məhdudiyyət və məsafə hiss etməyəcəklər. Şirkət müasir rabitə xidmətləri istifadəçilərinin tələb və ehtiyaclarını qarşılamaq məqsədilə innovativ həllər təklif etməyə davam edəcək.

“Bakcell”in təklif etdiyi rouminq xidmətləri barədə daha ətraflı məlumat www.bakcell.com səhifəsində təqdim olunur.