Azərbaycanın və Bakının bəzi rayonlarına içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
“Azərsu” ASC-nin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, yağıntılarla əlaqədar Kür çayında bulanıqlığın artması səbəbindən Kür təmizləyici qurğularında suyun emalı müvəqqəti dayandırılıb. Bununla əlaqədar mayın 28-də gün ərzində Şirvan, Salyan, Hacıqabul, Qaradağ rayonlarına, eləcə də Bakının Səbail və Binəqədi rayonlarının bəzi ərazilərinə içməli suyun verilməsində fasilələr olacaq.