logo

Azeri Light” 80,12 dollaradək bahalaşıb

10:51 25-05-2018 | icon 2786
Azeri Light” 80,12 dollaradək bahalaşıb

Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib. YeniAvropa xəbər verir  ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,23 dollar bahalaşaraq 80,12 dollar olub.

Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,35 dollar azalaraq 78,53 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,20 dollar ucuzlaşaraq 70,51 dollar təşkil edib.