logo

"Şahdağ"də Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı poster açılıb

17:29 24-05-2018 | icon 2471
"Şahdağ"də Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı poster açılıb

Bir qrup alpinist Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə Böyük Qafqazın ən yüksək dağ zirvələrindən olan Şahdağ zirvəsinə yürüş edib.

YeniAvropa xəbər verir  ki,  dəniz səviyyəsindən 4242 metr yüksəklikdə yerləşən zirvəyə yürüş “Everest” idman klubunun təşəbbüsü ilə reallaşıb. On beş nəfərlik alpinist qrupunun Şahdağa yürüşü mayın 22-dən başlayıb və iki gün davam edib. Mayın 23-də zirvəyə çatan alpinistlər orada Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı poster açıblar.

Yürüşdən əvvəl alpinistlər ötən ilin dekabr ayında itkin düşmüş dağçılar Babur Hüseynov, Fəridə Cəbrayılzadə və Namin Bünyətzadənin qar uçqunu altında qaldığı yeri ziyarət ediblər