Rumıniya “Tarom” aviaşirkəti paytaxt Buxarestdən Bakıya birbaşa uçuşlar həyata keçirmək niyyətindədir. YeniAvropa xəbər verir ki, bu barədə aviaşirkətin yaydığı məlumatda deyilir.
Bildirilib ki, Bakıya olan uçuşların “Airbus A318” təyyarələri ilə həyata keçirilməsi planlaşdırılır. Aviaşirkət Bakı ilə yanaşı Ukraynanın Odessa şəhərinə və Gürcüstanın paytaxtı Tbilisiyə də uçuşlar etmək niyyətində olduğunu bildirib. Aviareyslərin bu ilin sonuna qədər açılması gözlənilir və hazırda bu istiqamətdə danışıqlar aparılır.