logo

"Bakcell" eşitməqüsurlu əlillər arasında futzal turnirinə dəstək verib

16:42 23-05-2018 | icon 2212
"Bakcell" eşitməqüsurlu əlillər arasında futzal turnirinə dəstək verib

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi "Bakcell" şirkəti AFFA-nın və Sahə Futbol Federasiyaları İctimai Birliyinin dəstəyi, Əlillər Futbolu Federasiyasının təşkilatçılığı ilə eşitməqüsurlu əlillər arasında futzal üzrə “Yaz turniri”nədəstək göstərib.

YeniAvropa xəbər verir  ki, 18- 22 may 2018-ci il tarixlərində Bakı şəhərində keçirilən “Yaz turniri”də eşitməqüsurlu əlillərdən ibarət “Bakı”, “Azəri”, “Zirvə”, “Şimşək” və “Ümid” komandaları iştirak edib.

17

Turnirin nəticəsində birinci yeri “Azəri” komandası, sonrakı yerləri müvafiq olaraq “Şimşək” və “Zirvə” kollektivləri tutub. “Azəri”nin üzvü Tural Muxtarov ən yaxşı oyunçu, “Zirvə”dən Şövkət Əskərov ən yaxşı qapıçı adına layiq görülüb. Rəqib komandalara 22 qol vuran Ülvi Fərəcli  (“Şimşək” komandasının üzvü) turnirin ən məhsuldar oyunçusu olub.

“Bakcell”şirkəti 2007-ci ildən başlayaraq Əlillər Futbolu Federasiyasının futzal üzrə müxtəlif  turnirlərinə dəstək göstərir.

Özünün genişmiqyaslı “Bakcell Stars” Korporativ Sosial Məsuliyyət proqramı vasitəsilə “Bakcell” Azərbaycanda gənclər və idmanın inkişafına dəstək göstərir və xüsusi qayğıya ehtiyacı olan uşaq və gənclərə yönəlmiş mühüm layihələri həyata keçirir.