logo

Sabah paytaxtın bir hissəsində qaz olmayacaq

21:17 22-05-2018 | icon 2212
Sabah paytaxtın bir hissəsində qaz olmayacaq

Ziya Bünyadov prospektində diametri 530 mm-lik  qaz xəttində aşkar olunmuş qaz sızmalarının ləğvi və  Təbriz küçəsində  diametri 315mm-lik  yeni çəkilmiş polietilen qaz xəttinin mövcud şəbəkəyə qoşulması ilə əlaqədar 23 may 2018-ci il tarixdə saat 09:00-dan təmir işləri tamamlananadək Nərimanov rayonunun  bir hissəsində  təbii qazın verilişində fasilələr yaranacaq. “Azəriqaz” İB-dən YeniAvropa-ya  verilən məlumata görə, görülən işlərin Binəqədi rayonu Dərnəgül qəsəbəsi, 31/26-cı məhəllə, eləcə də 7 və 8-ci mikrorayonların bir hissəsinin qaz təchizatına təsir göstərməsi mümkündür.

"Aparılan təmir işləri gün ərzində  yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək. Yaranacaq məhdudiyyətlə bağlı “Azəriqaz” İstehsalat Birliyi bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir", - deyə məlumatda vurğulanıb.