Bakıda Azərbaycan-Serbiya işgüzar görüşü keçirilib
Serbiya prezidenti Aleksandr Vuçiçin Azərbaycana rəsmi səfəri çərçivəsində mayın 22-də İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun təşkilatçılığı ilə Azərbaycan-Serbiya işgüzar görüşü keçirilib.YeniAvropa xəbər verir ki, tədbirdə rəsmi şəxslərlə yanaşı, Azərbaycanın kənd təsərrüfatı, tikinti, qida sənayesi, turizm, maşınqayırma, bankçılıq, İKT və sair sahələrdə fəaliyyət göstərən 40-a yaxın şirkətinin nümayəndəsi iştirak edib.
Serbiya prezidentini və nümayəndə heyətini salamlayan iqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycan-Serbiya əlaqələrinin strateji əməkdaşlığa, dostluq və qarşılıqlı hörmət prinsiplərinə əsaslandığını söyləyib. O, Azərbaycan və Serbiya dövlətlərinin başçılarının əməkdaşlığın inkişafına böyük əhəmiyyət verdiyini vurğulayıb. Bildirilib ki, Serbiya prezidentinin səfəri zamanı imzalanmış sənədlər ölkələrimiz arasında müqavilə-hüquq bazasının genişlənməsinə və əlaqələrin daha da inkişafına öz töhfəsini verəcək.
İşgüzar dairələrin iştirakı ilə keçirilən tədbirlərin iqtisadi-ticarət əlaqələrinin genişlənməsində əhəmiyyətini qeyd edən nazir Şahin Mustafayev biznes təşəbbüslərinin stimullaşdırılması baxımından bugünkü işgüzar görüşün yeni əməkdaşlıq imkanlarının yaranmasına, mövcud əlaqələrin və ticarət əməkdaşlığının genişlənməsinə müsbət təsir göstərəcəyini bildirib.
Nazir Azərbaycanın “Azvirt” şirkətinin Serbiyada yol tikintisini həyata keçirdiyini qeyd edib, əməkdaşlıq imkanlarına dair fikirlərini bölüşüb.
Serbiya prezidenti Aleksandr Vuçiç Azərbaycana səfərindən məmnunluğunu ifadə edib. O, səfəri çərçivəsində Azərbaycanla daha yaxından tanış olmaq üçün yaratdığı imkana görə prezident İlham Əliyevə təşəkkür edib. Serbiyanın Azərbaycanla əlaqələrin genişləndirilməsinə önəm verdiyini, iki ölkə arasında iqtisadi əməkdaşlığın inkişaf etdiyini vurğulayan prezident iqtisadi əlaqələrin yüksəksəviyyəli siyasi münasibətlər səviyyəsinə qalxması üçün imkanları diqqətə çatdırıb.
Qeyd olunub ki, səfəri zamanı imzalanmış sənədlər, o cümlədən strateji tərəfdaşlıq üzrə Birgə Fəaliyyət Planı ölkələrimiz arasında əlaqələrin inkişafına öz töhfəsini verəcək. Azərbaycanın Serbiyada yol tikintisini həyata keçirmiş “Azvirt” şirkətinin fəaliyyətini müsbət qiymətləndirən dövlət başçısı bu işin ölkəsinin digər regionlarında da davam etdirilməsinin önəmini qeyd edib. O, “Azvirt”in Azərbaycan biznesini Serbiyada yüksək səviyyədə təqdim etdiyini vurğulayıb.
Serbiya iqtisadiyyatı barədə məlumat verən prezident Aleksandr Vuçiç Azərbaycan iş adamlarını Serbiyada layihələr həyata keçirməyə, ölkəsinin investisiya mühitindən yararlanmağa dəvət edib. Bildirib ki, Serbiyaya gələn turistlərin sayı ildən-ilə artır, Belqradda otel tikintisi, kurort turizminin inkişafı, eləcə də nəqliyyat-tranzit, kənd təsərrüfatı, sənaye, turizm və sair sahələrdə əməkdaşlıq üçün geniş imkanlar var.
Sonra Serbiya prezidenti Aleksandr Vuçiç Azərbaycan şirkətlərinin nümayəndələrinin Serbiya iqtisadiyyatına, əməkdaşlıq imkanlarına dair suallarını cavablandırıb. Serbiya prezidentinin müşaviri Danilo Sisimil ölkəsindəki biznes mühiti barədə məlumat verib.
Ərdoğan Braziliyada "G20" Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verib
Gürcüstanda hakim partiya parlamentdəki 150 yerdən 89-nu qazanıb
Statistika Komitəs: Azərbaycanda ÜDM 4,9 % artıb
"COP29"un prezidenti Azərbaycan Milli QHT Forumunun pavilyonunda olub
Azərbaycan Bolqarıstanın regionda əsas strateji tərəfdaşıdır-Rumen Radev
Azərbaycan-İsveç matçını polşalı hakimlər idarə edəcək
Bakıda Tolerantlıq Evi açılıb
Lənkəranda "Yaşıl Dünya Naminə Ekofestival" keçirilib
Bakıda Kosmik Liderlərin Sammiti keçirilir
Füzulidə 482 hektar sahədə günəş elektrik stansiyası tikiləcək
Səfərbərlik Xidmətinin 12 əməkdaşı korrupsiya görə cəzalandırılıb
Avropa çempionatı:Bu gün daha 6 cüdoçumuz tatamiyə çıxır
ABŞ Rusiya müharibəsi başlayandan bəri Ukraynaya 183 milyard $ ayırıb
Azərbaycan 3 ildə bərpaolunan enerjini 33 faizə çatdıracaq
“SOCAR” “Holcim Azerbaijan”la
Anlaşma Memorandumu imzalayıb
UEFA Millətlər Liqası: Azərbaycan Estoniya yığmasını qəbul edəcək
Azərbaycan nefti 74,14 dollara satılır
Avropa Kuboku: “Qarabağ” bu gün növbəti matçına çıxacaq
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb