Daxili İşlər Nazirliyinin (DİN) “102 - Zəng Mərkəzi” Xidmətinə Ağcabədi şəhəri ərazisindəki telefon satışı mağazalarının birindən oğurluq edilməsi barədə müraciət daxil olub.
DİN-in mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, Ağcabədi rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən dərhal müvafiq tədbirlər həyata keçirilib. Həmin mağazadan 13 mobil telefonun oğurlandığı müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanılıb.
Əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxs qısa müddətdə müəyyənləşdirilərək polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla onun Abşeron rayon sakini Qurbanəli Əsgərzadə olduğu, oğurladığı mobil telefonların çoxunu satdığı müəyyən edilib. Mobil telefonlardan ikisi maddi sübut kimi ondan götürülüb.
Ağcabədi Rayon Polis Şöbəsində faktla bağlı araşdırma aparılır