logo

Sulutəpə dairəsindən Bakı-Sumqayıt yoluna çıxışa qədər olan hissədə hərəkət məhdudlaşdırılır

15:33 22-05-2018 | icon 2282
Sulutəpə dairəsindən Bakı-Sumqayıt yoluna çıxışa qədər olan hissədə hərəkət məhdudlaşdırılır

Bakı şəhərində avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədilə Binəqədi rayonu, Sulutəpə dairəsindən Bakı-Sumqayıt yoluna çıxışa qədər olan hissədə üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılır.

Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, bu məqsədlə axşam saatlarınadək avtonəqliyyat vasitələrinin hərəkəti iş aparılan zolaqlar üzrə hissə-hissə məhdudlaşdırılır.

Sürücülərdən sözügedən avtomobil yolları ilə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.