logo

Naxçıvan şəhərində zəlzələ baş verib

09:05 22-05-2018 | icon 2429
Naxçıvan şəhərində zəlzələ baş verib

Mayın 22-də Naxçıvan şəhərində 3,4 bal gücündə zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən YeniAvropa-ya bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 06:32:39-da qeydə alınıb.

Ocağı 7 kilometr dərinlikdə yerləşən zəlzələ Naxçıvan şəhəri və yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.