logo

Paytaxtda COVID-19-a ən çox yoluxma Binəqədi, Xətai və Yasamal rayonlarındadır

10:31 11-09-2021 | icon 2926
Paytaxtda COVID-19-a ən çox yoluxma Binəqədi, Xətai və Yasamal rayonlarındadır

Azərbaycanda yeni növ koronavirus infeksiyasına paytaxtın rayonları üzrə yoluxma göstəriciləri açıqlanıb.

 YeniAvropa  “koronavirusinfo.az” saytına istinadla xəbər verir ki, paytaxt üzrə COVID-19-a yoluxma halları daha çox Binəqədi (14,6 faiz), Xətai (13,5 faiz), Yasamal (11,8 faiz) rayonlarında müşahidə edilib. Bundan əlavə, yoluxanların 11,7 faizi Sabunçu, 8,3 faizi Suraxanı, 7,9 faizi Nərimanov, 7,7 faizi Nəsimi, 7,5 faizi Xəzər, 7,1 faizi Nizami, 4,9 faizi Səbail, 4,4 faizi Qaradağ, 0,5 faizi Pirallahı rayonlarında qeydə alınıb.

Xatırladaq ki, ölkə üzrə koronavirusa yoluxma hallarının 54,6 faizi Bakının payına düşür.