Mayın 21-də günorta saatlarında paytaxtın Binəqədi rayonunun ərazisində yerləşən kafelərdən birində partlayış baş verib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, partlayış nəticəsində iki nəfər həlak olub. Xəsarət alan daha iki nəfər – bir kişi və bir qadın Respublika Yanıq Mərkəzinə yerləşdirilib. Həmin şəxslərin vəziyyəti ağır qiymətləndirilir.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq texnikası və təcili tibbi yardım briqadaları cəlb olunub.