Azərbaycanın ikinci geostasionar peyki "Azerspace-2/Intelsat 38"in" orbitə buraxılışının vaxtı dəyişdirilib.
Bunu “Azərkosmos” ASC-nin Korporativ kommunikasiya departamentinin direktoru Aysel Sultanova YeniAvropa-ya açıqlamasında bildirib. O qeyd edib ki, mayın 25-də orbitə buraxılması nəzərdə tutulan peykin dəqiq buraxılış tarixi yaxın aylara planlaşdırılır. Bu barədə “Azərkosmos” tərəfindən əvvəlcədən məlumat veriləcək.
Peyk Cənubi Amerikanın şimal-şərqində yerləşən Kuru (Qvian Kosmik Mərkəzi) kosmodromundan "Ariane 5 ECA" raket daşıyıcısının köməyi ilə orbitə buraxılacaq.