Bu gün Xəzər dənizində 3,1 bal gücündə zəlzələ baş verib.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən YeniAvropa-ya bildirilib ki, ilkin məlumatlara əsasən zəlzələ yerli vaxtla saat 20:48-də qeydə alınıb.
Ocağı 61 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunmayıb.