Bakıda I Beynəlxalq Qida Təhlükəsizliyi Konfransı keçirilib
Mayın 18-də Bakıda Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi, Avropa İttifaqının Azərbaycan nümayəndəliyi və Dünya Bankının Azərbaycandakı nümayəndəliyinin təşkilatçılığı ilə I Bakı Beynəlxalq Qida Təhlükəsizliyi Konfransı keçirilib.
YeniAvropa xəbər verir ki, konfransın açılış mərasimində çıxış edən Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli tədbirin əsas məqsədinin qida təhlükəsizliyi sahəsindəki yenidənqurma işlərini inkişaf etdirmək üçün Azərbaycan hökuməti, qida sənayesi nümayəndələri, beynəlxalq ticarət tərəfdaşları və dövlət nəzarətini həyata keçirən qurumları bir araya toplamaq olduğunu bildirib.
Q.Təhməzli vurğulayıb ki, prezidentin 6 dekabr 2016-cı il tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”nə əsasən Azərbaycanın regionda və beynəlxalq arenada qida sənayesi cəhətdən inkişaf etməsi, ərzaq təhlükəsizliyini təmin etmək məqsədilə qida məhsullarının keyfiyyətini yaxşılaşdırması prioritet məsələlərdəndir. Azərbaycan məhsullarının keyfiyyət və təhlükəsizlik tələblərinə cavab verməsini təmin etmək qida sənayesi sektorunun inkişaf etməsinə, istehsalçıların yeni beynəlxalq bazarlara çıxış əldə etməsinə səbəb olacaq.
Onun sözlərinə görə, yarandığı 4 ay ərzində qida təhlükəsizliyi sahəsində 27 normativ hüquqi akt qəbul olunub, hüquqi baza yaradılıb və bu istiqamətdə işlər davam edir.
Q.Təhməzli qeyd edib ki, Qida Təhlükəsizliyi Agentliyi və beynəlxalq təşkilatlar, xarici ölkələr arasında əməkdaşlıq əlaqələrini inkişaf etdirmək, onların Azərbaycanda qida təhlükəsizliyinin təmin edilməsinə töhfə verə biləcək layihələrini səmərəli şəkildə əlaqələndirmək qarşıda duran əsas vəzifələrdəndir.
Konfrans iştirakçılarının diqqətinə çatdırılıb ki, bu mötəbər tədbir ölkəmizin etibarlı tərəfdaş kimi beynəlxalq təşkilatlarla əməkdaşlığını daha da genişləndirəcək, Azərbaycanın kənd təsərrüfatı və qida sənayesi sektorları üzrə ixracatının inkişafına mühüm töhfəsini verəcək, daxili və beynəlxalq bazarlarda istehlakçıların ehtiyaclarına cavab verən yüksəkkeyfiyyətli və təhlükəsiz məhsulların istehsalına kömək edəcək.
Avropa İttifaqının Bakı nümayəndəliyinin əməkdaşlıq şöbəsinin rəhbəri Yeron Vilyams Azərbaycanın kənd təsərrüfatının inkişafında qısa zamanda böyük nailiyyətlər qazandığını vurğulayıb. Diqqətə çatdırılıb ki, agentliyin yaradılması sayəsində ölkədə əhalinin sağlam qida ilə təchizatı sahəsində də müsbət dəyişikliklər müşahidə olunur.
Konfransın açılış hissəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev və İran İslam Respublikasının kənd təsərrüfatı nazirinin müavini Mehdi Xaemiyan da çıxış ediblər.
Tədbirin əhəmiyyətindən söz açan natiqlər konfransın Azərbaycanın kənd təsərrüfatı və qida sənayesi sektorlarında ixracın genişləndirilməsinə köməklik göstərəcəyini, daxili və beynəlxalq bazarlarda istehlakçıların ehtiyaclarına cavab verən yüksəkkeyfiyyətli və təhlükəsiz qida məhsullarının istehsalına öz töhfəsini verəcəyinə əminliklərini ifadə ediblər.
Açılış nitqlərindən sonra konfrans öz işini texniki sessiyalarda davam etdirib.
Sessiyalarda yerli və xarici ekspertlərin qida təhlükəsizliyi ilə əlaqədar hazırladıqları təqdimatlar konfrans iştirakçılarına nümayiş etdirilib.
Eyni zamanda, sessiyalarda yerli və xarici mütəxəssislər tərəfindən qida təhlükəsizliyinə rəsmi nəzarət, qida təhlükəsizliyi sertifikatı, qida saxtakarlıqlarının qarşısının alınması yolları, qida məhsulları sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərində təhlükəsizliyin təmin edilməsi, qida təhlükəsizliyinin xərcləri və faydaları mövzuları müzakirə olunub.
Ərdoğan Braziliyada "G20" Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verib
Gürcüstanda hakim partiya parlamentdəki 150 yerdən 89-nu qazanıb
Statistika Komitəs: Azərbaycanda ÜDM 4,9 % artıb
"COP29"un prezidenti Azərbaycan Milli QHT Forumunun pavilyonunda olub
Azərbaycan Bolqarıstanın regionda əsas strateji tərəfdaşıdır-Rumen Radev
Azərbaycan-İsveç matçını polşalı hakimlər idarə edəcək
Bakıda Tolerantlıq Evi açılıb
Lənkəranda "Yaşıl Dünya Naminə Ekofestival" keçirilib
Bakıda Kosmik Liderlərin Sammiti keçirilir
Füzulidə 482 hektar sahədə günəş elektrik stansiyası tikiləcək
Səfərbərlik Xidmətinin 12 əməkdaşı korrupsiya görə cəzalandırılıb
Avropa çempionatı:Bu gün daha 6 cüdoçumuz tatamiyə çıxır
ABŞ Rusiya müharibəsi başlayandan bəri Ukraynaya 183 milyard $ ayırıb
Azərbaycan 3 ildə bərpaolunan enerjini 33 faizə çatdıracaq
“SOCAR” “Holcim Azerbaijan”la
Anlaşma Memorandumu imzalayıb
UEFA Millətlər Liqası: Azərbaycan Estoniya yığmasını qəbul edəcək
Azərbaycan nefti 74,14 dollara satılır
Avropa Kuboku: “Qarabağ” bu gün növbəti matçına çıxacaq
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb