İranda koronavirusun 5-ci dalğası daha kəskin şəkildə davam edir.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, İranın Səhiyyə Nazirliyinin verdiyi məlumata görə, son sutka ərzində ölkədə 28 min 833 nəfər virusa yoluxub, 555 xəstə isə pandemiyanın qurbanı olub.
Bununla da İranda yoluxanların ümumi sayı 4 milyon 616 min 516 nəfərə, yoluxaraq ölənlərin sayı isə 100 min 810-a çatıb. Xəstəxanalarda müalicə alan 7587 xəstənin vəziyyəti ağır olaraq qalır. Eyni zamanda, 3 milyon 868 min 196 nəfər müalicə alaraq sağalıb və evə buraxılıb.
Koronavirusa qarşı mübarizə qərargahının qərarına əsasən İranda bir həftəlik karantin rejimi davam edir. Karantin rejimi avqustun 22–də başa çatacaq.