logo

Alpinistlərin meyiti müayinə olunmaq üçün helikopterlə Bakıya göndəriləcək

22:31 16-05-2018 | icon 2198
Alpinistlərin meyiti müayinə olunmaq üçün helikopterlə Bakıya göndəriləcək

Quba rayonunda itkin düşmüş alpinistlərin meyitləri helikopterlə Bakıya göndəriləcək. 

YeniAvropa xəbər verir  ki, alpinistlərin meyitləri müayinə olunmaq üçün Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinə təhvil veriləcək.   

Xatırladaq ki,  ötən il dekabrın 26-da Quba rayonunda dağlıq ərazidə “Gilavar" Hava və Ekstrim İdman Klubunun üzvləri Fəridə Zəbiyulla qızı Cəbrayılzadə, Babur Vaqif oğlu Hüseynov və Namin Nizami oğlu Bünyatzadə itkin düşüblər. Dekabrın 27-dən Fövqəladə hallar Nazirliyinin(FHN) peşəkar xilasedicilərindən ibarət dəstələrin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşlarının iştirakı ilə aparılan axtarışlar nəticəsində mayın 16-da axşam saatlarında axtarışların aparıldığı ərazidə alpinistlərə aid çadırın yeri müəyyən edilib, 3 meyit (2 kişi və 1 qadın) və alpinistlərə aid digər əşyalar aşkarlanıb.