Son sutka ərzində Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 1289 yoluxma faktı qeydə alınıb, 409 nəfər müalicə olunaraq sağalıb.
YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, analiz nümunələri müsbət çıxan 5 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 350 min 605 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 334 min 667 nəfər müalicə olunaraq sağalıb, 5056 nəfər vəfat edib. Aktiv xəstə sayı 10 min 882 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 min 625 bu günə qədər isə ümumilikdə 4 milyon 107 min 190 test icra olunub.