logo

Prezident Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin açılışında iştirak edib

10:10 15-05-2018 | icon 2408
Prezident Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin açılışında iştirak edib

Mayın 15-də Bakıda Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin yeni binasının açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.

YeniAvropa xəbər verir  ki, bu haqda prezidentin mətbuat xidməti məlumat yayıb.

Dövlət başçısı və xanımı kompleksin rəmzi açılışını bildirən lenti kəsiblər və burada yaradılan şəraitlə tanış olublar.

Təhsil naziri Ceyhun Bayramov prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya kompleksdə görülən işlər barədə məlumat verib.