logo

COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 2 milyon 197 min nəfəri ötüb

20:56 05-08-2021 | icon 3136
COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 2 milyon 197 min nəfəri ötüb

Avqustun 5-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı 63 min 623 doza vaksin vurulub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 39 min 940, ikinci mərhələ üzrə peyvənd edilənlərin sayı 23 min 683 nəfər olub.

Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının ümumi sayı 5 milyon 251 min 051-ə bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 3 milyon 053 min 560, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 2 milyon 197 min 491 nəfərdir.