COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 2 milyon 118 min nəfərə çatır
Avqustun 2-də Azərbaycanda 844 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub.
YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 649, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 195 nəfər təşkil edib.
Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 5 milyon 41 min 622, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 2 milyon 924 min 126, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 2 milyon 117 min 496 nəfər təşkil edir.