Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 431 yoluxma faktı qeydə alınıb, 139 nəfər müalicə olunaraq sağalıb.
YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki,analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 344 min 951 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 333 min 267 nəfər müalicə olunaraq sağalıb, 5 min 30 nəfər vəfat edib. Aktiv xəstə sayı 6 min 654 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 min 238, bu günə qədər isə ümumilikdə 4 milyon 49 min 978 test icra olunub.