logo

Azərbaycanda daha 671 nəfər koronavirusa yoluxdu, 4 nəfər öldü

16:38 01-08-2021 | icon 3206
Azərbaycanda daha 671 nəfər koronavirusa yoluxdu, 4 nəfər öldü

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 671 yoluxma faktı qeydə alınıb, 202 nəfər müalicə olunaraq sağalıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, analiz nümunələri müsbət çıxan dörd nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 344 min 520 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 333 min 128 nəfər müalicə olunaraq sağalıb, 5 min 27 nəfər vəfat edib. Aktiv xəstə sayı 6 min 365 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 min 400, bu günə qədər isə ümumilikdə 4 milyon 43 min 740 test icra olunub.