Paytaxtda yanğın hadisəsi qeydə alınıb.
YeniAvropa Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bildirir ki, Bakı şəhərinin Binəqədi rayonunda çoxmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində ümumi sahəsi 95 m² olan 2 otaqlı mənzilin mətbəxində mebel 4 m² sahədə yanıb. Yüksək temperaturdan mətbəxin tavanı 10 m² sahədə və məişət texnikası qarsalanıb.
Yanğın zamanı 40 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
Alovun qarşısı yanğınsöndürən bölmələr tərəfindən alınıb.