logo

Azərbaycanda daha 668 nəfər koronavirusa yoluxdu, 3 nəfər öldü

17:03 30-07-2021 | icon 3094
Azərbaycanda daha 668 nəfər koronavirusa yoluxdu, 3 nəfər öldü

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 668 yoluxma faktı qeydə alınıb, 178 nəfər müalicə olunaraq sağalıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 343 min 216 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 332 min 752 nəfər müalicə olunaraq sağalıb, 5 min 22 nəfər vəfat edib. Aktiv xəstə sayı 5 min 442 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 min 881, bu günə qədər isə ümumilikdə 4 milyon 23 min 954 test icra olunub.