Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 615 yeni yoluxma faktı qeydə alınıb, 181 nəfər müalicə olunaraq sağalıb.
YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki,analiz nümunələri müsbət çıxan 5 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 342 min 548 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 332 min 574 nəfər müalicə olunaraq sağalıb, 5 min 19 nəfər vəfat edib. Aktiv xəstə sayı 4 min 955 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 min 423, bu günə qədər isə ümumilikdə 4 milyon 14 min 73 test icra olunub.