Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 750 yeni yoluxma faktı qeydə alınıb, 134 nəfər müalicə olunaraq sağalıb.
YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 341 min 933 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 332 min 393 nəfər müalicə olunaraq sağalıb, 5 min 14 nəfər vəfat edib. Aktiv xəstə sayı 4 min 526 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 min 58, bu günə qədər isə ümumilikdə 4 milyon 3 min 650 test icra olunub.