logo

COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 1 milyon 945 mini ötüb

15:44 27-07-2021 | icon 3241
COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 1 milyon 945 mini ötüb

İyulun 27-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı 68 min 20 doza vaksin vurulub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 32 min 219, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 35 min 801 nəfər olub.

Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının ümumi sayı 4 milyon 632 min 349-a bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 2 milyon 686 min 492, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 1 milyon 945 min 857 nəfərdir.