Bu ilin ötən dövründə Qəbələyə 242 min turist gəlib
Hazırda Qəbələ rayonunda soyuq və yağışlı günlər olmasına baxmayaraq, yerli və xarici turistlərin bu bölgəyə axını davam edir.
Qəbələ Turizm İnformasiya Mərkəzinin rəhbəri Anar Məhərrəmov YeniAvropa-ya bildirib ki, rayonda son illər qurulan müasir turizm infrastrukturu ilin bütün fəsillərində turistlərə yüksək səviyyədə xidmət göstərmək üçün əlverişlidir. Onun sözlərinə görə, isti yay günlərinin başa çatmasına baxmayaraq istirahət etmək üçün Qəbələyə üz tutan yerli və xarici turistlərin sayında azalma müşahidə olunmur.
Qəbələdəki otel və istirahət mərkəzlərindən verilən məlumata görə, ilin ötən dövründə Qəbələyə 242 min turist gəlib. Bunun 102 mini yerli, 140 mini əcnəbi turistlərdir. Xaricilərin əksəriyyəti Rusiya, Türkiyə, Böyük Britaniya, İraq, Ukrayna, Latviya, İran, Birləşmiş Ərəb Əmirlikləri, Gürcüstan, Səudiyyə Ərəbistanı, Qətər, İsrail, Pakistan və Misirdən olub. 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il tətili günlərində Qəbələyə daha 5 min turistin gələcəyi gözlənilir. Turistlərin istirahətinin mənalı təşkili üçün otellərdə, istirahət və əyləncə mərkəzlərində yüksək şərait yaradılıb.
Anar Məhərrəmov qeyd edib ki, otel, istirahət və əyləncə mərkəzlərində dincəlməklə yanaşı, kanatla dağ gəzintisinə, atla meşələrdə gəzintiyə çıxmaq, güllə atıcılığı kompleksinin xidmətlərindən bəhrələnmək, ov etmək, balıq tutmaq barədə düşünənlərin arzusu Qəbələdə gerçəkləşir. Hazırda müxtəlif turizm şirkətləri Bakıdan Qəbələyə endirimli qiymətlərlə tur-aksiyalar keçirirlər. Turistlər rahat nəqliyyat vasitələri ilə Qəbələyə gələrək sifariş etdikləri otellərdə yerləşirlər. Sonra turizm şirkətlərinin nümayəndələri onları Qəbələdəki “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksi, Stend və Ox Atıcılığı Kompleksi, Çuxur Qəbələ kəndində yerləşən və 900 il Qafqaz Albaniyasının paytaxtı olan qədim Qəbələ şəhərinin qalıqları, Nic qəsəbəsindəki qədim “Cotari” alban kilsəsi, Vəndam qəsəbəsindəki “Yeddi Gözəl” şəlaləsi, Qəbələ şəhərindəki “Beltman” piano fabriki, Qəbələ Tarix-Diyarşünaslıq Muzeyi ilə tanış ediblər. Qəbələdə yerləşən turistlərin qonşu İsmayıllı, Oğuz və Şəki rayonlarına səfərləri də təşkil olunur. Turistlər yeməklə təmin olunur və mənzərəli yerlərdə xatirə şəkili çəkdirmək imkanı əldə edirlər.
Qeyd edək ki, hazırda rayonda irili-xırdalı 100-ə yaxın turizm-istirahət obyekti fəaliyyət göstərir. Həmin obyektlərdən 20-si beş, dörd və üçulduzlu otellər və müasir istirahət mərkəzləridir. Bu turizm obyektlərində gün ərzində 4500 qonağı qarşılamaq, onlara yüksək səviyyədə xidmət göstərmək mümkündür.
Rayonda turizmin inkişaf dinamikasına nəzər salsaq görərik ki, Qəbələyə turist axını hər il yüksələn templə davam edir. Məsələn, 2008-ci ildə Qəbələyə 14 min 630 turist gəldiyi halda, 2013-cü ildə bu rəqəm 45 mini keçib. 2016-cı ildə Qəbələ rayonuna gələn turistlərin sayı 99 min 700 nəfər olub, bunun da 32 min 600 nəfəri xarici turistlərdir.
Ərdoğan Braziliyada "G20" Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verib
Gürcüstanda hakim partiya parlamentdəki 150 yerdən 89-nu qazanıb
Statistika Komitəs: Azərbaycanda ÜDM 4,9 % artıb
"COP29"un prezidenti Azərbaycan Milli QHT Forumunun pavilyonunda olub
Azərbaycan Bolqarıstanın regionda əsas strateji tərəfdaşıdır-Rumen Radev
Azərbaycan-İsveç matçını polşalı hakimlər idarə edəcək
Bakıda Tolerantlıq Evi açılıb
Lənkəranda "Yaşıl Dünya Naminə Ekofestival" keçirilib
Bakıda Kosmik Liderlərin Sammiti keçirilir
Füzulidə 482 hektar sahədə günəş elektrik stansiyası tikiləcək
Səfərbərlik Xidmətinin 12 əməkdaşı korrupsiya görə cəzalandırılıb
Avropa çempionatı:Bu gün daha 6 cüdoçumuz tatamiyə çıxır
ABŞ Rusiya müharibəsi başlayandan bəri Ukraynaya 183 milyard $ ayırıb
Azərbaycan 3 ildə bərpaolunan enerjini 33 faizə çatdıracaq
“SOCAR” “Holcim Azerbaijan”la
Anlaşma Memorandumu imzalayıb
UEFA Millətlər Liqası: Azərbaycan Estoniya yığmasını qəbul edəcək
Azərbaycan nefti 74,14 dollara satılır
Avropa Kuboku: “Qarabağ” bu gün növbəti matçına çıxacaq
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb