Bu günə qədər ölkəmizdə 4 milyon 500 min dozadan çox vaksin vurulub və heç bir ciddi əks təsir müşahidə olunmayıb.
YeniAvropa xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva deyib.
Qeyd edək ki, Azərbaycanda birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 2 milyon 654 min 76, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 1 milyon 909 min 821 nəfər təşkil edir.