Epidemioloji vəziyyət pisləşsə, qapanmaya getməyə məcbur olacağıq-Prezidentin köməkçisi
Növbəti mərhələlərdə teatr və kinoteatrların açılması müzakirə olunur. Bu sahənin fəaliyyətinə icazə veriləcəyi təqdirdə, giriş üçün COVID-19 pasportu mütləq şəkildə tələb ediləcək. Hazırda Azərbaycanın quru sərhədlərin açılması nəzərdə tutulmur. Epidemioloji vəziyyət pisləşsə, qapanmaya getməyə məcbur olacağıq.
YeniAvropa xəbər verir ki, bu sözləri Nazirlər Kabineti yanında Operativ Qərargahın iyulun 26-da təşkil etdiyi brifinqdə prezidentinin köməkçisi–Prezident Administrasiyasının iqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib.
Həftəsonu ictimai nəqliyyatın fəaliyyət göstərməsi ilə bağlı məsələnin müzakirə olunmadığını bildirən Prezidentin köməkçisi deyib: “Şənbə və bazar günlərində ictimai nəqliyyat işləmədiyi üçün yoluxmanın sürəti aşağı düşür. Bunun nəticəsində biz yoluxma sürətinə nəzarət edə bilirik”.