logo

Ölkədə koronavirusa ümumi yoluxmanın 54 faizi Bakıda qeydə alınıb

16:26 26-07-2021 | icon 2905
Ölkədə koronavirusa ümumi yoluxmanın 54 faizi Bakıda qeydə alınıb

Koronavirusa yoluxmanın yaş üzrə bölgüsündə yenə də 30-39 yaş arası öndədir. Kişi və qadınlar arasında da demək olar ki, eyni bölgü müşahidə olunur.

 YeniAvropa xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva deyib.

Y.Qarayevanın sözlərinə görə, respublika üzrə yenə də ən çox yoluxma sayı paytaxtın üzərinə düşür. Belə ki, ölkə üzrə ümumi yoluxmaların 54 faizi Bakıda qeydə alınır. Paytaxt rayonları arasında isə yüksək yoluxma göstəricisi Binəqədi rayonuna məxsusdur.