Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) xalq artisti Səməd Səmədovun ölüm səbəbini açıqlayıb.
YeniAvropa xəbər verir ki, bu barədə qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Elnarə Baxış məlumat verib.
Bildirib ki, xalq artisti Səməd Səmədov iyulun 23-də 60-70 faiz faturasiya ilə "Yeni klinika" tibb müəssisəsinə daxil olub.
"Döş qəfəsi komputer tomoqrafiyasının nəticələrinə əsasən onda koronavirus ağırlaşması, ikitərəfli poliseqmentar multifokal pnevmoniya təsdiqlənib. Bütün səylərə baxmayaraq, COVID ağırlaşmalarından biri olan sepsis və septik şok inkişaf edib, böyrək çatışmazlığı yaranıb, təəssüf ki, xalq artistinin həyatını xilas etmək mümkün olmayıb",-deyə TƏBİB-in sözçüsü bildirib.