logo

Serbiyada Avropa Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin iclası keçirilir

22:44 11-05-2018 | icon 2058
Serbiyada Avropa Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin iclası keçirilir

Avropa Olimpiya Komitəsinin (AOK) İcraiyyə Komitəsinin iclası və 39-cu seminarı işə başlayıb.

YeniAvropa xəbər verir  ki,  tədbirdə Azərbaycan nümayəndə heyətini AOK-un İcraiyyə Komitəsinin üzvü, Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un baş katibin müavini Azər Əliyev, beynəlxalq əlaqələr idarəsinin rəisi Anar Bağırov və marketinq idarəsinin direktoru Mehman Kərimov təmsil edirlər.

Çingiz Hüseynzadə təşkilatın İcraiyyə Komitəsinin iclasında da iştirak edib.

Avropa Olimpiya Komitəsinin 39-cu seminarında AOK-un prezidenti Janez Koçijançiç, baş katib Rafael Paqnozzi, Milli Olimpiya Komitələri Assosiasiyasının baş katibi Qunilla Lindberq iştirak edəcəklər. Assambleyada AOK-un illik hesabatı müzakirə olunacaq. Həmçinin “Pxençan-2018” və “Tokio-2020” Olimpiya, “Minsk-2019” II Avropa oyunlarının Təşkilat komitələrinin hesabat məruzələri dinləniləcək.

AOK-un Baş Assambleyası çərçivəsində qış idman növləri üzrə “VII Pyotr Nurovski – Avropanın Ən yaxşı gənc idmançı” mükafatı təqdim olunacaq.

Azərbaycan nümayəndə heyəti ölkəmizdə keçiriləcək Yeniyetmələrin Yay Olimpiya Oyunları ilə bağlı təqdimatla çıxış edəcək.

Xatırladaq ki, Avropa Olimpiya Komitəsinin 47-ci Baş Assambleyası İspaniyanın Marbella şəhərində keçiriləcək.