İyulun 23-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı 45 min 734 doza vaksin vurulub.
YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki,onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 13 min 720, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 32 min 14 nəfər olub.
Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının ümumi sayı 4 milyon 461 min 701-ə bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 2 milyon 616 min 230, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 1 milyon 845 min 471 nəfərdir.