logo

Azərbaycanda daha 371 nəfər koronavirusa yoluxdu, 3 nəfər öldü

18:33 23-07-2021 | icon 2849
Azərbaycanda daha 371 nəfər koronavirusa yoluxdu, 3 nəfər öldü

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasından daha 153 nəfər müalicə olunaraq sağalıb, 371 yeni yoluxma faktı qeydə alınıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 339 min 645 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 331 min 782 nəfər müalicə olunaraq sağalıb, 5 min 2 nəfər vəfat edib. Aktiv xəstə sayı 2861 nəfərdir.

Ötən müddət ərzində 3 milyon 954 min 16 test aparılıb. Bugünkü test sayı isə 10 min 448-dir.