“AppLab” iştirakçıları “Golden Byte 2018” müsabiqəsinin regional finalında qalib gəliblər
Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi “Bakcell” şirkətinin “AppLab” inkubasiya proqramının iki iştirakçısı “Golden Byte 2018” müsabiqəsinin regional finalında qalib olub.
YeniAvropa xəbər verir ki, bu haqda "Bakcell"dən bildirilib. Qeyd edilib ki, layihələrin qiymətləndirilməsi nəticəsində “AppLab” proqramında iştirak edən iki komanda yerli çempionatın “Startap” nominasiyasında I və II yerlərə sahib olublar. I yeri tutmuş “Run2Help” layihəsi istifadəçinin gün ərzində atdığı addımları sayıb onları pul vəsaitinə çevirən və qazanılmış məbləğı xeyriyyə məqsədilə ianə etmək imkanı verən mobil əlavədir. Bu layihənin komandası 19-20 May tarixlərində Ukraynanın Kiyev şəhərində baş tutacaq “Golden Byte 2018” finalında iştirak edəcək. Regional finalın II yerini isə xüsusi tətbiqetmə vasitəsilə müxtəlif məkanlarda tədbir təşkil edib dost-tanışları dəvət etmək imkanını verən “BuilDay” lahiyəsi tutub.
Qeyd edək ki, Beynəlxalq “Golden Byte” İT çempionatı regional seçim və regional final mərhələlərdən ibarətdir və 10 ölkədən 10 min nəfərdən çox iştirakçını bir araya gətirir. “Step IT Academy” tərəfindən Azərbaycanda təşkil olunan regional final mərhələsi may ayının 4-də keçirilib. İki yarımfinal mərhələsindən keçmiş layihələr yerli və beynəlxalq şirkətlərin nümayəndələrindən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilib. Beynəlxalq “Golden Byte” İT çempionatı 2008-ci ildə “Step IT Academy” tərəfindən təsis edilib. Bu ilki regional “Golden Byte”finalının baş sponsoru “AzerTelecom” şirkətidir.
Xatırladaq ki, “AppLab” layihəsinin iştirakçıları şirkətin “AppLab” Mərkəzində təqdim olunan pulsuz İnternet, masa və təlim imkanları ilə yanaşı üzərində işlədikləri proqram təminatı və cihazların inkişaf etdirilməsi və sınaqlardan keçirilməsi üçün tələb olunan ən son avadanlıqlardan yararlanmaq imkanına malikdirlər.
İnnovasiya sahəsində lider olan "Bakcell" gənc nəslin nümayəndələrinə inkişaf imkanları, məsləhətlər və hətta innovativ ideyaların həyata keçirilməsi üçün tələb olunan dəstəyi göstərməyə hazırdır.
Ərdoğan Braziliyada "G20" Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verib
Gürcüstanda hakim partiya parlamentdəki 150 yerdən 89-nu qazanıb
Statistika Komitəs: Azərbaycanda ÜDM 4,9 % artıb
"COP29"un prezidenti Azərbaycan Milli QHT Forumunun pavilyonunda olub
Azərbaycan Bolqarıstanın regionda əsas strateji tərəfdaşıdır-Rumen Radev
Azərbaycan-İsveç matçını polşalı hakimlər idarə edəcək
Bakıda Tolerantlıq Evi açılıb
Lənkəranda "Yaşıl Dünya Naminə Ekofestival" keçirilib
Bakıda Kosmik Liderlərin Sammiti keçirilir
Füzulidə 482 hektar sahədə günəş elektrik stansiyası tikiləcək
Səfərbərlik Xidmətinin 12 əməkdaşı korrupsiya görə cəzalandırılıb
Avropa çempionatı:Bu gün daha 6 cüdoçumuz tatamiyə çıxır
ABŞ Rusiya müharibəsi başlayandan bəri Ukraynaya 183 milyard $ ayırıb
Azərbaycan 3 ildə bərpaolunan enerjini 33 faizə çatdıracaq
“SOCAR” “Holcim Azerbaijan”la
Anlaşma Memorandumu imzalayıb
UEFA Millətlər Liqası: Azərbaycan Estoniya yığmasını qəbul edəcək
Azərbaycan nefti 74,14 dollara satılır
Avropa Kuboku: “Qarabağ” bu gün növbəti matçına çıxacaq
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb