İyulun 21-də Azərbaycanda 15 min 25 nəfər vaksinasiya olunub.
YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5 min 452, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 9 min 573 nəfər təşkil edib.
Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 4 milyon 398 min 900, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 2 milyon 597 min 118, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 1 milyon 801 min 782 nəfər təşkil edir.