logo

Azərbaycanda daha 251 nəfər koronavirusa yoluxdu

20:30 20-07-2021 | icon 3059
Azərbaycanda daha 251 nəfər koronavirusa yoluxdu

Azərbaycan Respublikasında koronavirus infeksiyasından daha 79 nəfər müalicə olunaraq sağalıb, 251 yeni yoluxma faktı qeydə alınıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, hazırkı dövrədək ölkədə 338 min 837 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 331 min 429 nəfər müalicə olunaraq sağalıb, 4994 nəfər vəfat edib.

Aktiv xəstə sayı 2414 nəfərdir.

Ötən müddət ərzində 3 milyon 929 min 320 test aparılıb. Bugünkü test sayı isə 8479-dur.