logo

COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 1 milyon 776 mini ötüb

18:44 19-07-2021 | icon 3451
COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 1 milyon 776 mini ötüb

İyulun 19-da Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı 483 doza vaksin vurulub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 181, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 302 nəfər olub.

Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının ümumi sayı 4 milyon 357 min 839-a bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 2 milyon 581min, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 1 milyon 776 min 839 nəfərdir.