Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün qeydə alınmış 86 cinayət faktından 22-nin üstü “isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, əvvəlki dövrlərdən bağlı qalmış 20 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə 32 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 2 nəfər, borclu şəxs qismində axtarışda olan 22 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında baş vermiş üç yol-nəqliyyat hadisəsi nəticəsində üç nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklə əlaqəli səkkiz fakt müəyyənləşdirilib.
Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb.