logo

COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 1 milyon 776 mini ötüb

18:48 18-07-2021 | icon 3122
COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 1 milyon 776 mini ötüb

İyulun 18-də Azərbaycanda 33 min 869 nəfər vaksinasiya olunub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 14 min 499, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 19 min 370 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 4 milyon 357 min 356, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 2 milyon 580 min 819, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 1 milyon 776 min 537 nəfər təşkil edir.