İyulun 17-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı 39 min 986 doza vaksin vurulub.
YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki,onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 17 min 430, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 22 min 556 nəfər olub.
Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının ümumi sayı 4 milyon 323 min 487-ə bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 2 milyon 566 min 320, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 1 milyon 757 min 167 nəfərdir.